Çempionlar Liqası: Azərbaycan klubu mübarizəni erkən başa vurdu
Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Çempionlar Liqasında çıxışını başa vurub.
"Mediasport" xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən başlayan Bakı klubu Latviyanın "VEF Riqa" kollektivi ilə qarşılaşıb.
Bolqarıstanın Samokov şəhərində baş tutan matç rəqibin 105:88 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "LANDAU Lions" yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.

