"Neftçi" 3 oyunçu transfer etdi, kapitanla müqaviləni yenilədi

"Neftçi" 3 oyunçu transfer etdi, kapitanla müqaviləni yenilədi

"Neftçi" Basketbol Klubu kapitan Amil Həmzəyevlə müqavilənin müddətini bir il uzadıb.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar" Əkbər Məmmədovu, Fikrət Ələkbərovu və Ağa Ağayevi transfer edib.

Azərbaycan millisinin üzvü Əkbərin son klubu NTD olub.

Fikrət U-20 yığmasının formasını geyinib. Onun sonuncu iş yeri "Quba" olub.

Ağa isə Azərbaycanın U-16 millisinin üzvüdür.

Xatırladaq ki, "Neftçi" Azərbaycanı FİBA Avropa Kubokunun əsas mərhələsində təmsil edəcək.