Azərbaycan üzgüçüləri Kutaisi turnirində 33 medal qazandılar
Azərbaycan üzgüçüləri Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz 33 medal qazanıblar.
Bundan əlavə, Fatimə Alkərəmova Belarusun paytaxtı Minsk şəhərində baş tutmuş Belarus Açıq Üzgüçülük Kubokunda 3-cü yeri tutub.
İdmançı qarışıq üsul ilə 400 metr məsafəni 5:11.93 vaxta qət edərək bürünc medal qazanıb.


