Üzgüçülük Federasiyasının rəsmiləri Rumıniyada görüş keçirdi

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) rəsmiləri Rumıniya Üzgüçülük və Müasir Pentatlon Federasiyasının prezidenti ilə görüşüblər.
"Mediasport" xəbər verir ki, Buxarest şəhərində baş tutan görüşdə baş katib Oqtay Atayev, beynəlxalq əlaqələr üzrə menecer Tamerlan Hüseynov, Avropa Su İdmanı Növləri Federasiyasının vitse-prezidenti Kameliya Alina Potets və Rumıniya millisinin baş məşqçisi Silviu Anastase iştirak ediblər.
Görüşdə federasiyaların müxtəlif fəaliyyət istiqamətləri, hədəf və məqsədlər, habelə marketinq və sponsorluq sahələri üzrə planlaşdırılan işləri müzakirə edilib.
Eyni zamanda, federasiyalar arasında mümkün tərəfdaşlıq imkanları və gələcək inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.