Nazir ASF-nin rəhbərliyi və məşqçilər korpusu ilə görüşdü
Gənclər və idman naziri Fərid Qayıbovun Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi və baş məşqçilərin iştirakı ilə görüşü baş tutub.
"Mediasport" xəbər verir ki, nazir əvvəlcə federasiyanın yeni ofisi ilə tanış olub.
Federasiya rəhbərliyi nazirə ASF-nin fəaliyyəti və planları barədə məlumat verib.
Daha sonra idman direktoru və baş məşqçilər milli komanda üzvlərinin hazırlığı və gələcək yarışlar haqqında danışıb.
Görüşdə qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarına hazırlıq və üzgüçülərimizin bu yarışda iştirakı da müzakirə edilib.
Görüşdə ASF-nin prezidenti Zaur Əliyev, vitse-prezidentləri Xaliq İldırımzadə və Ümid Abuzərli, İcraiyyə Komitəsinin üzvü Ruslan Ələkbərov, baş katib Oqtay Atayev, idman direktoru Pyer Ləfonten, ASF-nin müşaviri Rəşad Ədbürrəhmanov, həmçinin üzgüçülük, bədii üzgüçülük və suya tullanma üzrə milli komandaların baş məşqçiləri müvafiq olaraq Luka Qabrilo, Anton Melnikov və Oksana Pismenna iştirak ediblər.
