Azərbaycan idmançısından dünya çempionatında növbəti medal

 Azərbaycan idmançısından dünya çempionatında növbəti medal

Azərbaycan paraüzgüçüsü Roman Saley (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatında növbəti medalını qazanıb.

"Mediasport" xəbər verir ki, idmançımız bu dəfə 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda bürünc mükafat əldə edib.

Salei finişə 58,17 saniyəlik nəticə ilə çatıb.

Xatırladaq ki, təmsilçimiz ötən gün 100 metr məsafəyə arxası üstə üzmə yarışında dünya çempionu olub.