"Qarabağ"dan xüsusi layihə

 "Qarabağ"dan xüsusi layihə

"Qarabağ" Futbol Klubu Azərbaycan Premyer Liqasının XIII turunun “Sumqayıt”la oyunundan əvvəl 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı maarifləndirici sosial təşəbbüs həyata keçirib.

"Mediasport" xəbər verir ki, qarşılaşmadan öncə futbolçular meydana uşaqlarla birlikdə çıxıblar.

Həmçinin bu günün əhəmiyyətinə diqqət çəkmək məqsədilə xüsusi hazırlanmış banner meydançaya sərilib.

Ağdam klubu sosial məsuliyyət çərçivəsində maarifləndirmə və ictimai diqqətin artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.