"Azərbaycan xalqının münasibəti çox xoşdur" - İQOR KOSTYUK

"Azərbaycan xalqının münasibəti çox xoşdur" - İQOR KOSTYUK

“Qarabağ” haqqında dolğun məlumatımız var. Onları yaxından tanıyırıq. Qurban Qurbanov uzun illərdir komandanı çalışdırır. Avrokubok təcrübələri çoxdur".

"Mediasport" xəbər verir ki, bu sözləri Ukraynanın “Dinamo” (Kiyev) komandasının baş məşqçisi İqor Kostyuk deyib.

Mütəxəssis sabah Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"la baş tutacaq matçdan öncə keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb:

"Fikrimcə, gərgin və maraqlı oyun olacaq. Rəqibin bəlli bir sistemi var. Avropada yaxşı təcrübəyə malikdirlər.

Ümumilikdə Azərbaycan xalqının bizə münasibətini görürük, çox xoşdur".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da başlanacaq.

Ağdam klubu ilk dueldə rəqibinə minmal hesabla uduzub (0:1).