"Turan Tovuz" Türkiyədə 4 oyun keçirəcək - Yay planı açıqlandı

"Turan Tovuz" Türkiyədə 4 oyun keçirəcək - Yay planı açıqlandı

"Turan Tovuz"un yay hazırlıq planı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, komanda iyulun 1-də "Hünər" təlim-məşq bazasında çalışmalara start verəcək.

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək "Turan Tovuz" iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki "Çam Otel"də məskunlaşacaq komanda iyulun 19-dək məşqlərini burada davam etdirəcək.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq komandamızın Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq.

Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. 

Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək