Yeni sponsor "Qəbələ" İK-ya maliyyə ayırmayacaq - AÇIQLAMA

Yeni sponsor "Qəbələ" İK-ya maliyyə ayırmayacaq - AÇIQLAMA

"Müqavilənin müddəti bir ildir. Bu müqavilənin idmanın və ümumilikdə futbolun inkişafına böyük töhfə verəcəyinə inanıram".

"Mediasport" xəbər verir ki, bunu "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov deyib.

O, SAB şirkəti ilə müqavilənin bağlanılması zamanı anlaşmanın sosial məsuliyyət tərəfinə ciddi önəm verdiklərini vurğulayıb:

"Hörmətli tərəfdaşımızla futboldankənar məsələlər haqqında da danışdıq. Bu dəstəyin arxasında olan sosial məsuliyyət bizim üçün böyük əhəmiyyət daşıyır. Gənclər və yeniyetmələrimizin sağlam həyat sürmələri, bu yola təşviq olunmaları vacibdir".

Fariz Nəcəfov qeyd edib ki, klub əməkdaşlıq qarşılığında SAB-dan maliyyə vəsaiti almayacaq.