"Həmişə demişəm ki, belə səhvlər etməməliyik" - Azər Bağırov
"Çox maraqlı oyun oldu. Meydançada yaxşı mübarizə getdi. İlk yarıda meydanda 7 yerli, 4 əcnəbi futbolçu var idi. Bu həm bizim üçün, həm yerli oyunçuların inkişafı baxımından çox yaxşıdır".
"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 13-cü turunun "Zirə" ilə oyunu haqda fikirlərini bölüşüb:
"İkinci hissədə cüzi səhvlərin nəticəsində uduzduq. Həmişə demişəm ki, belə səhvlər etməməliyik. Əksinə rəqibi səhvə yol verməyə məcbur etməliyik. Təəssüflər olsun ki, qollar buraxdıq və məğlub olduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm".
Xatırladaq ki, oyun Bakı təmsilçisinin qələbəsilə yekunlaşıb - 2:0.
