Azərbaycan yığmasının sabiq üzvü bölgə klubu ilə müqavilə bağladı

 Azərbaycan yığmasının sabiq üzvü bölgə klubu ilə müqavilə bağladı

1-ci Liqa üçün hazırlıqları davam etdirən “Karvan-Yevlax” yeni oyunçu ilə anlaşıb.

"Mediasport" xəbər verir ki, aranlılar Nemət Şixamirovu transfer ediblər.

24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanıb.

"Qəbələ" akademiyasının yetirməsi karyerası ərzində "Sabah-2", "Sumqayıt-2", "Zaqatala" və "Şəmkir"də oynayıb.

Son mövsümü “Şimal”da keçirən Şixamirov Azərbaycanın U-21 milli komandasının da üzvü olub.