"İmişli"nin "Qəbələ" ilə duelinin başlanacağı saat müəyyənləşdi

"İmişli"nin "Qəbələ" ilə duelinin başlanacağı saat müəyyənləşdi

Futbol üzrə Azərbaycan 1-ci liqasında 22-ci turun görüşləri üçün hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, turun İmişlidə keçiriləcək mərkəzi matçını Elvin Bayramov idarə edəcək.

Qeyd edək ki, qalan turların nəticələrindən asılı olmayaraq, "Qəbələ" Premyer Liqaya vəsiqəni vaxtından əvvəl qazanıb.


Azərbaycan 1-ci Liqası. 22-ci tur


17 aprel (cümə axşamı)

13:00. “Cəbrayıl” – “Mingəçevir”

Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə

“ASCO Arena”


16:00. “Baku Sporting” – “Qaradağ Lökbatan”

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Binə qəsəbə stadionu


16:30. “Difai” – “Zaqatala”

Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Mahmud Bağırzadə

Şamaxı OİK stadionu


18 aprel (cümə) 

16:00. MOİK – “Karvan” 

Hakimlər: Alik Yunusov, Mirnihad Seyidov, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov

Binə qəsəbə stadionu


16:30. “İmişli” – “Qəbələ”

Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Asif Abdullayev, Emin Əliyev

Heydər Əliyev adına İmişli şəhər stadionu