Şimal klubunun legioneri Azərbaycan Premyer Liqasında
“İmişli” heyətini yeni legionerlə gücləndirib.
"Mediasport" xəbər verir ki, aranlılar İvan Senini transfer ediblər.
19 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Kotdivuarlı karyerası ərzində vətənində "Abican", Portuqaliyada "Sportinq" (U-19) və son olaraq Azərbaycanda “Şimal” klubunun formasını geyinib.


