Çempionlar Liqasında "Sabah"ın potensial rəqibləri müəyyənləşdi

Çempionlar Liqasında "Sabah"ın potensial rəqibləri müəyyənləşdi

İlk dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək "Sabah"ın mümkün 14 rəqibindən 13-nün adı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, səpələnməmişlər səbətində yer alacaq Masazır təmsilçisi turnirdə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

Püşkatmada Azərbaycan və Ermənistan çempionları bir-birinə rəqib ola bilməzlər.

Qitənin birinci dərəcəli klub turnirinin ilk mərhələsinin püşkü iyunun 16-da atılacaq.

Bu mərhələnin ilk oyunları 7/8 iyul, cavab görüşləri 14/15 iyul tarixlərində keçiriləcək.

"Sabah" təsnifat mərhələsində ev oyunlarını Masazır qəsəbəsindəki stadionda keçirəcək.

"Sabah"ın mümkün rəqibləri


"Kayrat" (Qazaxıstan)

"Şemrok Rovers" (İrlandiya)

KuPS (Finlandiya)

"Drita" (Kosovo)

"Linkoln Red Imps" (Cəbəllüttariq)

"Borats" (Bosniya və Herseqovina)

"Vikinqur" (İslandiya)

"Universitatya Krayova" (Rumıniya)

"Riqa" (Latviya)

"Klaksvik" (Farer adaları)

"Flora" (Estoniya)

"Larne" (Şimali İrlandiya)

"Petrokub" (Moldova)