"Qarabağ"dan növbəti transfer!
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti transferini gerçəkləşdirib.
"Mediasport" xəbər verir ki, Ağdam klubu Xorvatiyanın “Riyeka” klubundan qapıçı Martin Zlomisliçin keçidini həll edib.
Bosniya və Herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
27 yaşlı qolkiper 23 nömrəli formanı geyinəcək.
“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib.
Martin Zlomisliç 2021-ci ildə “Riyeka”ya keçib.
Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir.
Millidə 3 oyuna çıxan Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.
Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində "Qarabağ"ın beşinci transferidir.
Daha əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa heyətə qoşulub.
View this post on Instagram


