Ayman Buali "Şamaxı"ya keçdi
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi cinah yarımmüdafiəçisi Ayman Buali ilə anlaşıb.
26 yaşlı mərakeşli futbolçu ilə bir illik müqavilə imzalanıb.
Afrikalının son klubu Bİrləşmiş Ərəb Əmirliklərində “Al Dheyd” olub.


