"Sabah" Şamaxı səfərində, "Zirə" "Qəbələ"ni qəbul edir - YENİLƏNİR
Futbol üzrə Azərbaycan Premyer Liqasında 30-cu tur davam edir.
"Mediasport" xəbər verir ki, ikinci gündə də iki matç keçiriləcək.
Çempionluğu təmin edən "Sabah" Şamaxıda meydana çıxacaq.
Turnir cədvəlində 4-cülük mövqeyini "Neftçi"yə təhvil verən "Zirə" isə liqada qalmağa çalışan "Qəbələ"ni qəbul edəcək.
Tur 4 gün davam edəcək.
Azərbaycan Premyer Liqası. 30-cu tur
2 may (şənbə)
“Kəpəz” – “Sumqayıt” 2:1
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu, 16:00
“Araz-Naxçıvan” – “İmişli” 0:1
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“SOCAR Polymer Arena”, 18:30
3 may (bazar)
“Şamaxı” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu, 16:00
“Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Zirə İK stadionu, 18:30
4 may (bazar ertəsi)
“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
T.Bəhramov adına Respublika stadionu, 19:30
5 may (çərşənbə axşamı)
“Karvan-Yevlax” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax şəhər stadionu, 16:00
