"Kəpəz" Sumqayıt səfərində uduzdu, "Turan Tovuz" "Neftçi" ilə bərabərə qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.
"Mediasport" xəbər evrir ki, son oyun günündə iki matç keçirilin.
Çempionatda qalmaq uğrunda yarışan "Kəpəz" son turların uğursuzu "Sumqayıt"la qarşılaşıb.
Avrokuboklara iddialı "Turan Tovuz" isə Bakıda "Neftçi"nin qonağı olub.
Turun əvvəlki görüşlərində "Qarabağ" "Araz-Naxçıvan"ı (3:1), "Şamaxı" "Sabah"ı (1:0), "Zirə" "Səbail"i (1:0) məğlub edib.
Azərbaycan Premyer Liqası. 26-cı tur
“Sumqayıt” - “Kəpəz” 3:0
Qollar: Roy Kehat, 20, 51, Nihad Əhmədzadə, 90+3.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
"Neftçi” - “Turan Tovuz” 1:1
Qollar: Bassala Sambu, 87 - Hayderson Hurtado, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Neftçi Arena”