"Qarabağ" - "Araz-Naxçıvan" oyunun biletləri satışa çıxarıldı

"Qarabağ" - "Araz-Naxçıvan" oyunun biletləri satışa çıxarıldı

Dekabrın 14-də Premyer Liqanın 15-ci turunda keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyunun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri iTicket.az-dan, həmçinin oyun günü “Azersun Arena”nın kassasından əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Görüş saat 17:30-da başlanacaq.