Bakıda daha bir futbol meydançasının açılışı oldu - FOTO

"FİFA Arena" layihəsi çərçivəsində Bakəda 138 nömrəli tam orta məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, tədbirdə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, qurumun rəsmi şəxsləri, eləcə də, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Xatırladaq ki, AFFA dünyada "FİFA Arena" layihəsini tamamlayan ilk 11 ölkə arasında yer alır.
Milli assosiasiya bundan öncə layihə çərçivəsində 247 nömrəli tam orta məktəbin ərazisində də meydança inşa edib və bu layihədən birbaşa 6000-dən çox şagird faydalanacaq.