Vensan Abubakar "Neftçi"yə lazım olmadı - Yenə Türkiyədə oynayacaq

Vensan Abubakar "Neftçi"yə lazım olmadı - Yenə Türkiyədə oynayacaq

“Neftçi” Vensan Abubakarla yollarını ayırmağa hazırlaşır.

"Mediasport" xəbər verir ki, bu barədə “Africafoot” saytı məlumat yayıb.

Hücumçunun yenidən Türkiyədə oynayacağı qeyd olunub. Bildirilb ki, kamerunlu forvard karyerasını 1-ci Liqaya yüksələn “Bursaspor”da davam etdirəcək.

"Neftçi" ilə əsas müqaviləsi iyunda başa çatacaq 33 yaşlı afrikalı Türkiyə klubuna azad agent stausu ilə keçəcək.

Xatırladaq ki, "ağ-qaralar"la anlaşmada "+1" bəndi də yer alır.

Abubakar “Neftçi”nin heyətində 18 oyun keçirib, 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.