"Kəpəz"in üzvü mükafat aldı

 "Kəpəz"in üzvü mükafat aldı

Peşəkar Futbol Liqasının Azərbaycan Premyer Liqasında "Ayın qolu" layihəsinin növbəti qalibi məlum olub.

"Mediasport" xəbər verir ki, AFFA-da yaradılmış xüsusi münsiflər heyətinin seçimləri ilə dekabr ayı üçün rəqiblərini qabaqlayan "Kəpəz"in futbolçusu Ryonosuke Ohori bu münasibətlə mükafatlandırılıb.

Vingerə hədiyyəni 18-ci turun "Şamaxı" ilə oyunundan əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.