Azərbaycan Kubokunda 1/8 finalın bütün cütləri müəyyənləşdi
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, bu raundda maraqlı qarşılaşmalar olacaq.
"Neftçi" daimi rəqiblərindən "Zirə" ilə üz-üzə gələcəksə, "Qarabağ" "Karvan-Yevlax"la görüşəcək.
1 dueldən ibarət olacaq 1/8 finalın matçları dekabrın 2-3-də keçiriləcək.
Azərbaycan Kuboku. 1/8 final mərhələsi
"Qəbələ" - "Şəfa"
"Şamaxı" - "Baku Sportinq"
"Araz-Naxçıvan" - "Kəpəz"
"Qarabağ" - "Karvan-Yevlax"
"İmişli" - "Sabah"
"Zirə" - "Neftçi"
"Şahdağ Qusar" - "Turan Tovuz"
"Difai" - "Sumqayıt"
