"Qarabağ"ın U-19 komandası Gənclər Liqasında "Ayaks"a qarşı
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində son matçını keçirəcək.
"Mediasport" xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda "Ayaks"la qarşılaşacaq.
Niderland təmsilçisi ilə oyun Suraxanıda yerləşən "Azərsun Arena"da baş tutacaq.
Saat 14:00-da start götürəcək görüşü macarıstanlı FİFA referisi Marton Ruş idarə edəcək.
Xatırladaq ki, komandamız bunadək yarışda keçirdiyi 5 duelin hamısında məğlub olub.
