Azərbaycanda həftəsonuna təyin edilmiş bu oyunlar təxirə salındı

AFFA U liqalarda bu həftəsonu keçirilməsi planlaşdırılan oyunları da təxirə salıb.
"Mediasport" xəbər verir ki, buna ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti səbəb olub.
Qeyd edilib ki, U-15, U-16, U-17 və Gənclər Liqasının bütün görüşləri bu həftə baş tutmayacaq.
Xatırladaq ki, federasiya dünən fevralın 22-23-nə planlaşdırılmış U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının matçlarının da keçirilməməsini qərara alıb.