Azərbaycan yığmasının üzvü İtaliyada "Palermo"ya qarşı oynadı

Azərbaycan yığmasının üzvü İtaliyada "Palermo"ya qarşı oynadı

İtaliya B seriyasında 3-cü turun oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycanın U-21 yığma komandasının hücumçusu Lorenso Mezzoteronun formasını geyindiyi “Sampdoriya” səfərdə “Palermo” ilə qarşılaşıb.

Futbolçumuzun komandası meydanı məğlub tərk edib - 1:3.

Forvard 83-cü dəqiqədə oyuna qoşulub.

Genuya təmsilçisi 1 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.