Rayonun icra başçısı yeni məşqçilər heyəti ilə görüş keçirdi

  Rayonun icra başçısı yeni məşqçilər heyəti ilə görüş keçirdi

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov "Şahdağ Qusar" klubunun prezidentini və yeni məşqçi heyətini qəbul edib.

"Mediasport" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə bölgə təmsilçisinin gələcək fəaliyyəti və qarşıda duran hədəfləri ilə bağlı fikir mübadiləsi aparılıb.

"Şahdağ Qusar" 2025/2026 mövsümündə Azərbaycan 1-ci Liqasında 5-ci olub.

Xatırladaq ki, Qusar təmsilçisi bir neçə gün öncə Füzuli Məmmədovun baş məşqçi postuna gətirildiyini açıqlayıb.