"Sumqayıt" 12500 manat cərimə ödəyəcək - QƏRAR VERİLDİ

"Sumqayıt" 12500 manat cərimə ödəyəcək - QƏRAR VERİLDİ

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, Premyer Liqanın 29-cu turunun "İmişli" - "Sumqayıt" matçında qeydə alınan qayda pozuntularına görə cəzalar açıqlanıb:

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “İmişli” – “Sumqayıt” oyunu “Sumqayıt” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığına görə “Sumqayıt” komandası 1500 manat cərimə edilsin (maddə 83.5);

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “İmişli” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “İmişli” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “İmişli” – “Sumqayıt” oyununda “İmişli” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1).