Bölgə klubundan yeni transfer
2-ci Liqada yarışan "Şəmkir" heyətinə yeni futbolçu cəlb edib.
"Mediasport" xəbər verir ki, bölgə klubu Coşqun Əsədzadə ilə amlaşıb.
Tərəflər arasında müqavilə 1 illik nəzərdə tutulub.
Müdafiəçinin son klubu "Araz Saatlı" olub.
O, karyerası ərzində "Kür-Araz", "Qaradağ Lökbatan" və "Difai"də də forma geyinib.


