Azərbaycanın U-17 yığma komandası "Qarabağ"a qalib gəldi

 Azərbaycanın U-17 yığma komandası "Qarabağ"a qalib gəldi

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi yoxlama oyunu keçirib.

"Mediasport" xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv “Qarabağ”ın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Emil Usubov (67), Emil Həsənov (70) və Əhməd Vəliyev (85) vurublar.

Qeyd edək ki, U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə keçiriləcək İnkişaf Kuboku turnirində iştirak edəcək.