"Bu komandanın adı "Qarabağ"dır, burada arxayınlaşma ola bilməz"

"Bu komandanın adı "Qarabağ"dır, burada arxayınlaşma ola bilməz"

"Hər iki tərəf üçün danışacam. Hər iki komandanın futbolçularına, azarkeşlərinə təşəkkür edirəm. Bu oyun sırf azarkeşlər üçün olan oyun idi. Yaxşı mübarizə, yaxşı dinamika, çox qol...Hər iki komandanın futbolçuları məğlub olmağa haqq etmirdilər. Ona görə də hər iki komandanı oyununa görə təbrik edirəm. Düşünürəm ki, çempionatın ən maraqlı oyunlarından biri oldu".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Misli Premyer Liqasının 7-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat jurnalistlərin suallarını cavablandırıb. 

"Qarabağ" hələ də adaptasiya prosesini tam olaraq keçə bilmir deyə qalib gəlmir, yoxsa "Neftçi" çox güclənib?

- Qarşımızda çox bərk komanda var idi. İntizamlı kollektivdir. Rəqibi öz oyununu oynamağa qoymurlar, maksimum buna fokuslanıblar, bunu yaxşı icra edirlər. Amma futbolçularımız çox da əsəbiləşmədilər, səbirli oldular, sona kimi öz oyunumuzdan əl çəkmədik. Yaxşı sonluq oldu. Amma özümüz də də bir az çatışmazlıqlar var. Hələ tam heyət formalaşmayıb, futbolçuların tam adaptasiya müddəti keçməyib. Yeni gələn oyunçularda sanki hamı zədə prosesindən keçir. Vacib olan onların xarakteri idi. Bundan əvvəlki oyunlarda da oyun baxımından çatışmazlıqlarımız var, amma xarakter göstərirlər. Daha yaxşı olmağa gücümüz var, borcluyuq da. Qarşıdakı vaxtlarda hazırlaşıb, yaxşı məşqlər keçib, futbolçuları daha yaxşı idman formasına gətirib çıxaracağıq.

"Neftçi"nin çempionluq yarışında "Sabah" və "Qarabağ"la mübarizə apara biləcək?

- Tam əminliklə. Təkcə çempionluğa meydanda baxmamalıyıq. Meydanda öz oyunları var, daha gücləniblər, daha inamlı olublar. Komanda ətrafında böyük inam var. Bu gün də bir daha göstərdi..Son vaxtlar yadıma gəlmir ki, Tofiq Bəhramovda bu qədər "Neftçi" azarkeşi olsun..Bu mövsüm xüsusi hazırlaşıblar.

Avrokuboklardan kənarda qalmaq yaxşı nəticə deyil. Amma bu, yeni komandanı qurmaqda sizə kömək etdi?

- İki cür yanaşmaq olar buna. Avrokuboklarda oynasaydıq, ola bilər ki, bizim çox futbolçumuz avrokuboklarda iştirak etməyib. Sadəcə təsnifat mərhələsində iştirak ediblər. Qrupdakı ağırlığı hiss etmədilər. Həm də o rejimə düşmək, stabil nəticə göstərmək....Nəticələrimiz ürəkaçan olmaya bilərdi, amma avrokuboklarda formalaşmaqda, ora uyğunlaşmaqda da pis olmazdı. Bu da var ki, bəlkə düşüncələrimizi, Azərbaycan çempionatını daha ciddiyə alacaqlar. Bir daha göstərdi ki, burada heç bir oyun rahat formada getmir. Daha peşəkar yanaşmaq lazımdır. 

Rəqiblər sizin taktikanı çözüblər, yoxsa gücləniblər?

- Klub olaraq daha da böyüyüblər, ambissiyalar daha da böyüyüb. Futbolda belə bir şey yoxdur ki, hər il biz güclü olmalıyıq, çempion olmalı, ya kubok qazanmalıyıq.

İstəyərdik ki, daha yaxşı olaq, titulumuzu qoruyub-saxlayaq. Amma "Sabah", "Neftçi" bu cür oyunlar göstərirlər. "Neftçi" həm "Sabah"la görüşdə, həm də bizimlə oyunda fərqli oyun göstərməklə bərabər, fərqli yanaşma var. Hər bir klubda böyük inam var. Azərbaycanlı kimi buna sevinirəm. Bəli bizə asan olmaya bilər. Gələcəyə baxanda, çempionatın səviyyəsi baxımından daha vacib idi. Həm yaxşı məşqçilər gəlir ölkəmizə, həm təcrübəlilər gəlir. Bizim üçün faydalıdır. Ola bilər düşünək ki, bizim üçün sərf etmir, amma Azərbaycan futbolu üçün sərfəlidir.

"Sabah" avrokuboklarda neçə xal toplaya bilər?

- İnanmaq lazımdır. İnanıram ki, yaxşı nəticələr olacaq. "Sabah" elə səviyyədədir ki, sanki 5-6 ildir avrokuboklarda oynayır. Fürsətdən istifadə edərək, "Borussiya" ilə oyunda uğurlar arzulayıram. Əminlik var ki, onlar uduzmayacaq "Borussiya"ya. 

Çempionat matçlarında topun oyunda qalmaq müddəti artıb, yoxsa əvvəlki kimidir?

- Hansısa oyunda heç də ürəkaçan olmaya bilər. Bu da meydança amili . Bu cür oyunlar 100 faiz irəliləyişdir. Yeni qaydalara görə, məcburiyyətdən oyunun sürəti artır, çox da yıxılıb qalmırlar, autu tez atırlar. 100 faiz dəyişiklik var. 4-5 komanda ilə oyunlarda daha dinamik oyunlar gedir.

Azərbaycan yığması Lixtenşteyni məğlub edə bilmədi. Sizcə, səfərdə millimiz uğurlu nəticə qazanacaq?

- Gəlin qalib gələn oyunlardan danışaq. Şansları var. Pozitiv olaraq qarşıdakı oyunlara hazırlaşmaq lazımdır. Futbol elə səviyyəyə çatıb ki, 100 faiz favorit yoxdur. Hamı inkişaf edir, hamı düşünür, hamı hazırlaşır, hamının ən azından əvvəlkindən daha yaxşı şəraiti var ki, rəqibi daha yaxşı analiz etsin. Milllimizə uğurlar arzulayıram.