DƏQİQLƏŞDİ: "Turan Tovuz" bu legioneri yola salacaq - ÖZƏL
UEFA Avropa Konfrans Liqasına vəsiqə qazanan "Turan Tovuz"un yola salacağı ilk legionerin kimliyi dəqiqləşib.
"Mediasport"a verilən məlumata görə, qərblilər mövsüm başa çatan kimi Mark Mampassi ilə vidalaşacaqlar.
Bu ilin fevralında Rusiyanın "Lokomotiv" (Moskva) klubundan icarəyə götürülən müdafiəçinin qalmaq üçün irəli sürdüyü şərt Tovuz təmsilçisini qane etməyib.
Karyerasını əsasən icarələrdə keçirmiş "Şaxtyor"un (Ukrayna) yetirməsi aylıq məvacibinin 40 min dollara qalxmasını istəsə də, tələbi müsbət qarşılanmayıb.
Ukraynada anadan olmuş 23 yaşlı Konqo əsilli rusiyalı "Turan Tovuz"da keçirdiyi 13 oyunda (884 dəqiqə) meydana daha çox əvəzetmədən daxil olub.
O, "Mariupol", "Antalyaspor" və "Kortriyk"də də icarə əsasında forma geyinib.
