"Sabah"dan evdə 50-ci qalibiyyət

 "Sabah"dan evdə 50-ci qalibiyyət

"Sabah" Azərbaycan Premyer Liqasında doğma meydanda 50-ci qələbəsini qazanıb.

"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu yubiley XIX tura təsadüf edib.

Paytaxt təmsilçisi öz meydanında "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.

Bakı klubu evdəki 50-ci qalibiyyətini 115-ci matçında əldə edib.

Bununla da "Sabah" turnir tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.

Qeyd edək ki, 2018/2019 mövsümündən Premyer Liqada çıxış edən "Sabah" ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da "Qəbələ" üzərində əldə edib (1:0).