Daha bir Azərbaycan klubu baş məşqçi ilə yollarını ayırdı - RƏSMİ

Daha bir Azərbaycan klubu baş məşqçi ilə yollarını ayırdı - RƏSMİ

"Karvan-Yevlax" baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb.

Klubdan "Mediasport"a verilən məlumata görə, çalışdırıcı ilə başa çatan sözləşmənin müddəti uzadılmayıb.

"Karvan-Yevlax" 2025/2026 mövsümündə Premyer Liqanı sonuncu başa vurub və 1-ci Liqaya yuvarlanıb.