"Qalatasaray" yenidən "Liverpul"a qarşı - ÇL-də 1/8 final start götürür
Bu axşam futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk oyunlar çərçivəsində birinci matç günündə 4 görüş baş tutacaq.
"Qarabağ"ı pley-offda mübarizədən kənarlaşdıran "Nyukasl" İngiltərədə "Barselona" ilə üz-üzə gələcək.
Türkiyə çempionu "Qalatasaray" yenidən doğma İstanbulda "Liverpul"la oyuna çıxacaq.
Komandaların Liqa mərhələsində Türkiyədə reallaşmış dueli cim-bom"un 1:0 hesablı qələbəsilə yekunlaşmışdı.
Digər 4 qarşılaşma sabaha təyin edilib.
UEFA Çempionlar Liqası. 1/8 final mərhələsi. İlk oyunlar
21:45. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)
00:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)
00:00. "Atalanta" (İtaliya) - "Bayern" (Almaniya)
00:00. "Atletiko" M. (İspaniya) - "Tottenhem" (İngiltərə)
