UÇL: "Ayntraxt" "Barselona"nın, "Liverpul" "İnter"in qonağı olacaq

UÇL: "Ayntraxt" "Barselona"nın, "Liverpul" "İnter"in qonağı olacaq

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 6-cı turun görüşləri start götürəcək.

"Mediasport" xəbər verir ki, 18 oyundan 9-u bu axşam baş tutacaq.

Növbəti turda "Qarabağ"ın Bakıda qəbul edəcəyi "Ayntraxt" (Frankfurt) İspaniyada "Barselona"nın, 8-ci turda qonağı olacağımız "Liverpul" isə Milanda "İnter"lə qarşılaşacaq.

Azərbaycan çempionu meydana sabah çıxacaq.

Türk təmsilçilərindən "Qalatasaray" Fransada "Monako", "Kayrat" doğma meydanda "Olimpiakos"la üz-üzə gələcək.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 6-cı tur


19:30 "Kayrat" (Qazaxıstan) - "Olimpiakos" (Yunanıstan)

21:45 "Bayern Münhen" (Almaniya) - "Sportinq" (Portuqaliya)

00:00 "Monako" (Fransa) - "Qalatasaray" (Türkiyə)

00:00 "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

00:00 "Tottenhem" (İngiltərə) - "Slaviya" (Çexiya)

00:00 "Yunion Sent-Jiloaz" (Belçika) - "Olimpik Marsel" (Fransa)

00:00 "Barselona" (İspaniya) - "Ayntraxt" F. (Almaniya)

00:00 "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə)

00:00 PSV (Niderland) - "Atletiko" M. (İspaniya)