Premyer Liqa təmsilçisi İndoneziya liqasından müdafiəçi transfer etdi

Premyer Liqa təmsilçisi İndoneziya liqasından müdafiəçi transfer etdi

2025/2026 mövsümündə Premyer Liqada yarışacaq "Qəbələ" daha bir futbolçunun keçidini rəsmiləşdirib.

"Mediasport" xəbər verir ki, "qırmızı-qaralar" 27 yaşlı mərkəz müdafiəçisi Eduardo Kundeni transfer edib.

Braziliyalı son olaraq İndoneziyada "Persis" komandasında çıxış edib.

Qeyd edək ki, "sambaçı" ölkəsinin "Avay" klubunun yetirməsidir.