Cəlalın komandası qələbə qazandı, Rüfətin debütü isə gerçəkləşmədi

Azərbaycanlı futbolçuların komandaları ölkə çempionatlarında növbəti oyunlarına çıxıblar.
"Mediasport" xəbər verir ki, Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatının 3-cü turunda "Botev"i məğlub edib (5:0).
Azərbaycan millisinin üzvü bu görüşə start heyətdə çıxıb və sona qədər mübarizə aparıb.
"Arda" hazırda yarışın turnir cədvəlində 3 oyundan sonra 4 xalla 7-ci pillədə qərarlaşıb.
Rüfət Abdullazadənin uğurları üçün çalışdığı "Varajdin" Xorvatiya çempionatında yeni mövsümün ilk matçında "Qoritsa"nı qəbul edib (1:1).
24 yaşlı yarımmüdafiəçinin yeni komandasında debütü gerçəkləşməyib. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.
Xatırladaq ki, Rüfət "Varajdin"ə bu ilin yayında Premyer Liqadan 1-ci Liqaya yuvarlanan "Səbail"dən keçib.