"Qarabağ"ın üzvü yığmamıza tarixində ilk qələbəni qazandırdı

"Qarabağ"ın üzvü yığmamıza tarixində ilk qələbəni qazandırdı

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası ilk yoxlama matçına çıxıb.

"Mediasport" xəbər verir ki, yığmamız Pakistandan olan həmyaşıdlarını minimal hesabla məğlub edib - 1:0.

Yeganə qolu "Qarabağ"ın futbolçusu Hikmət Cəbrayılzadə vurub.

Xatırladaq ki, yeni formalaşan seçməmiz gələn il Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə reallaşacaq dünya çempionatına hazırlaşır.