"Mənə zəng edib dedilər ki, “səninlə işləmək istəmirik” - Rəşad Sadıqov

İdman TV-nin “Sportcast” verilişində qonaq olan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov vaxtilə Azərbaycanın U-21 yığmasından ayrılması haqda maraqlı məlumat paylaşıb.
“Mediasport” xəbər verir ki, mütəxəssis millidən istefa vermədiyini deyib.
O, komandadan göndərildiyini bildirib:
“Mən millidən istefa verməmişəm. Sadəcə olaraq, mənə zəng edib dedilər ki, “səninlə işləmək istəmirik”. Halbuki 20 gün əvvəl yeni tsikl üçün birlikdə planlar qurmuşduq”.
Qeyd edək ki, R.Sadıqov 2017-2018-ci illərdə U-21 yığmamızın baş məşqçisi olub.