Coşqun Diniyev 90 dəqiqə oynadı, komandası səfərdən xalla qayıtdı

Coşqun Diniyev 90 dəqiqə oynadı, komandası səfərdən xalla qayıtdı

Türkiyə 1-ci Liqasında 33-cü turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi "Çorum" səfərdə "Ərzurumspor"la "qarşılaşıb.

30 yaşlı yarımmüdafiçinin komandası Super Liqaya iddialı Ərzurum təmsilçisindən 1 xal almağı bacarıb - 1:1.

Hər iki qolun ikinci hissədə vurulduğu matçda Diniyev 90 dəqiqə meydanda olub.

Ardıcıl üçüncü tur heç-heçə edən Çorum klubu turnir cədvəlində 48 xalla 9-cu sıraya düşüb.