Çempionlar Liqası: "Qarabağ"ın matçına 20 minə yaxın bilet satılıdı

"Qarabağ"ın sabah UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelbörn"lə (İrlandiya) cavab oyunu üçün satılmış biletlərin sayı açıqlanıb
"Mediasport" xəbər verir ki, indiki məlumata əsasən 19 min 500 bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Azarkeşlər biletləri "ıTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ”ın "Park Bulvar"dakı Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.
Qarşılaşma saat 20:00-da başlanacaq.