Qurbanov Konfrans Liqası oyununda baş hakim olacaq

Qurbanov Konfrans Liqası oyununda baş hakim olacaq

FİFA referisi Tural Qurbanov UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa təyinat alıb.

"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi iyulun 15-də Monteneqronun “Deçiç” və Latviyanın “Liepaya” komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq.

Yan xətdə Asiman Əzizli və Gülnurə Əkbərzadə işləyəcəklər.

Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.