Tanınmış həkim-cərrah bu klubun Müşahidə Şurasının sədri seçildi
Yeni mövsümdə futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparacq “Xankəndi” klubunda struktur dəyişikliyi barədə xəbər paylaşmışdıq.
"Mediasport" xəbər verir ki, klubun Ümumi Yığıncağının qərarı ilə yaradılan Müşahidə Şurasının sədri müəyyənləşib.
Bu vəzifəyə Elgün Səmədov təyin edilib.
Səhiyyə nazirinin müşaviri vəzifəsini icra edən Səmədov həkim-cərrahdır.
42 yaşlı Səmədovun indiyədək fəaliyyəti əsasən ixtisası üzrə - tibb sahəsində olub.



