ÇL-də Liqa mərhələsinə yüksələn 14 klubun adı dəqiqləşdi
2026/2027-ci illər mövsümündə UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacaq 36 klubdan 14-nün adı müəyyənləşib.
"Mediasport" "Football Meets Data" portalına istinadən xəbər verir ki, siyahıda İspaniyadan 4, İngiltərədən 3, Almaniya və Fransadan 2, İtaliya, Hollandiya və Portuqaliyadan 1 klub yer alıb.
Xatırladaq ki, cari mövsüm qitənin ən nüfuzlu klub turnirinin final matçında PSJ (Fransa) və "Arsenal" (İngiltərə) üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümündə liqa mərhələsində yerini təmin edən klublar:
"Barselona", "Real", "Atletiko", "Vilyarreal" (hamısı İspaniya), "Arsenal", "Mançester Siti", "Mançester Yunayted" (hamısı İngiltərə), "Bayern", "Borussiya" (Dortmund) (hər ikisi Almaniya), PSJ, "Lans" (hər ikisi Fransa), PSV (Hollandiya), "İnter" (İtaliya), "Portu" (Portuqaliya)
View this post on Instagram
