Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu başlanır

Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu başlanır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu start götürəcək.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 9 görüş keçiriləcək.

Yarışda təmsilçimiz "Qarabağ"ın rəqiblərindən "Napoli" və "Ayntraxt" İtaliyada qarşılaşacaqlar, "Liverpul" isə evdə Madrid "Real"ı ilə üz-üz gələcək.

Azərbaycan çempionu sabah meydana çıxacaq.

Çexiyada baş tutacaq "Slaviya" - "Arsenal" matçını Əliyar Ağayevin rəhbərliyində azərbaycanlı hakimlər briqadası idarə edəcək.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 4-cü tur


21:45. "Napoli" (İtaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

21:45. "Slaviya" (Çexiya) -"Arsenal" (İngiltərə)

00:00. PSJ (Fransa) - "Bayern" (Almaniya)

00:00. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya)

00:00. "Atletiko" (İspaniya) - "Yunion" (Belçika)

00:00. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)

00:00. "Tottenhem" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

00:00. "Olimpiakos" (Yunanıstan) - PSV (Niderland)

00:00. "Budö Qlimt" (Norveç) - "Monako" (Fransa)