VİDEO: Dadaşov oynadı, heç nə ilə fərqlənmədi, "Motor" 3 xal götürdü
Futbol üzrə Polşa Yüksək Liqasında (Ekstraklasa) 22-ci turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi "Motor" "Piast"ın qonağı olub.
Forvardın komandası 2:1 hesablı qələbə qazanıb.
Dadaşov meydana 71-ci dəqiqədə çıxıb və heç nə ilə fərqlənməyib.
Xal ehtiyatını 27-yə çatdıran "Motor" 12-ci pillədə qərarlaşıb.
