Azərbaycan yığması FİFA reytinqində 3 pillə gerilədi

Azərbaycan yığması FİFA reytinqində 3 pillə gerilədi

FİFA milli komandaların yenilənmiş cədvəlini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan yığması reytinqdə 3 pillə geriləyib.

Komandamız 1148 xalla 122-ci pillədə qərarlaşıb.

Siyahıya 1885,36 əmsalla son dünya çempionu Argentina millisi başçılıq edir.