Millimiz Kaunasda Litva ilə matçöncəsi son məşqini keçirdi

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə Kaunasda keçirəcəyi oyunöncəsi növbəti məşqini keçirib.

"Mediasport"un AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə səfərə ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırlıqda bütün futbolçular iştirak ediblər.

Tacikistanla yoldaşlıq görüşündə yüngül zədə alan Mahir Emreli və Abdulla Xaybulayevin səhhətində heç bir problem yoxdur.

Sabah Bakı vaxtilə saat 17:00-da start götürəcək qarşılaşma Darius və Girenas stadionunda reallaşacaq.

Kaunas, Litva, 26 sentyabr.